Ukraynada doğulmuş model Karolina Şiino yapon gözəli seçilib.
OLAY yazır ki, Yaponiyada keçirilən Grand Prix 2024 gözəllik yarışmasının qalibi Karolina Şiino olub. O, Ukraynada doğulsa da, Yaponiyada böyüyüb. Model yaponlara bənzəməməsi ilə diqqət çəkir.
“Yaponlardan fərqli görünməyim sosial həyatımda çətinlik yaradır. İnsanlara yapon olduğumu deyəndə inanmırlar” – deyə, bildirib.
Qeyd edək ki, model Eliana Miyamoto da atasının Afro-Amerikalı olması səbəbiylə eyni çətinliklərlə üzləşdiyini bildirmişdi.