ATV-nin efirində müğənni Əlikram Bayramovun avtomobilinin təkəri aparıcı Zaur Nəbioğlu tərəfindən deşilib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, hadisə "Rəngarəng səhər" verilişinin canlı yayımında baş verib.
Belə ki, aparıcı müğənnini sorğu-suala çəkib. Cavablarının qeyri-səmimi olduğunu söyləyən Zaur cəza olaraq Əlikramın telekanalın dayanacağında saxladığı avtomobilinin təkərini deşməsini istəyib.
Bayramov əvvəlcə bununla razılaşmasa da, daha sonra çəkiclə mismarı nəqliyyat vasitəsinin təkərinə vurub. Nəticədə Əlikramın avtomobilinin təkəri deşilib.
Proqramın canlı efirində yayımlanan həmin anları sizə təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun