"40 dərəcə istidə oturub ağlayırdım, indi isə sırtılmışam" - FOTO

"40 dərəcə istidə oturub ağlayırdım, indi isə sırtılmışam" - FOTO

Aktrisa Pərvin Abıyeva sənətə başladığı ilk illərdə tənqidlərə çox həssas yanaşdığını etiraf edib.

Milli.az xəbər verir ki, aktrisa bu barədə "Tarixin bir günü" verilişində danışıb.

Aktrisanın sözlərinə görə, əvvəllər sosial şəbəkələrdə yazılan rəylər onu ciddi şəkildə təsirləndirirmiş:
"İlk vaxtlar sırtılmaqdan qorxurdum. Günəşlənə-günəşlənə rəyləri oxuyurdum, oturub ağlayırdım ki, niyə belə yazırsınız? Axı siz məni tanımırsınız? Hətta 40 dərəcə istidə ağladığım günlər olub".

Pərvin Abıyeva bildirib ki, zamanla bu münasibəti dəyişib:

"İndi bütün rəylərə gülürəm. Onlarla birlikdə özümü tənqid edirəm, gülürəm. Çünki bu sənətdə sırtıldım". 

Fidan
Milli.Az