"O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir".
Milli.Az xəbər verir ki, bu sözləri birləşdirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizəd məsələsində Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın adlarının hallanmasına münasibət bildirən Xalq artisti Şeyx Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.
O, qurultayda Rasim Balayev və Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürülməsinə imkan verməyəcəyini bildirib:
"İki qoca artist gəlib paz olublar kinoya. Elə Şəfiqə də, Rasim də... Yaşlı adamlarsız... Birinin 80, o birinin 76 yaşı var. Vaxtında çəkilmisiniz, pulunuzu da almısınız, ad-san da öz yerində.
İmkan verin, kino çəkənlər yaşasın, onlara şərait yaradılsın. Oturublar orada, elə bil, şəxsi mülkiyyətləridir.
Rasimlə işim yoxdur, əsas hədəfim Şəfiqə Məmmədovadır. Bu ictimai təşkilatdır, sədr qurultayda seçilməlidir. Bu da düz 7 ildir qurultay keçirilmədən oturub orada, kef edir".
Şeyx öz namizədliyinin irəli sürülməsi barədə yayılan xəbərə də münasibət bildirib:
"İttifaqın sədri kinorejissor olmalıdır. Öz namizədliyimi verəcəyəm. 400 nümayəndə var, onların ən azı 60 faiz üstəgəl 1-i səs verməlidir ki, namizəd seçilsin. Mən birmənalı şəkildə kinorejissor olmayan adamın sədr seçilməsinə imkan verməyəcəyəm. Mənim də namizədliyimi irəli sürmək istəyənlər var.
Bəli, mənim 80 yaşım var, kinonun sağ qalan iki-üç ağsaqqalından biriyəm. Buna görə də xahiş edirəm, kinomuzu dirçəltmək üçün məni seçmək istəyənlər dəstəkləyəcəyim namizədə səs versinlər. Yox, əgər kino ilə alver etmək istəyirlərsə, onda gedib işləri ilə məşğul olsunlar.
Əgər Şəfiqənin namizədliyi irəli sürülsə, qırğın salacam. O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir. 80 yaşı var, kinoya aidiyyatı olmadan kef edib özü üçün".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun