25 yaşlı amerikalı rəqqasə supermarketdən aldığı səhv etiketli peçenyeni yedikdən sonra ölüb.
Publika.az xəbər verir ki, rəqqasə Orla Baxendalen Nyu-Yorkun məşhur supermarketlərindən biri olan "Stew Leonard"-dan peçenye alıb. Aldığı peçenyelərin yanlış etiketləndiyini bilməyən qadın vanilli Florentin peçenyesini yedikdən sonra şiddətli allergik reaksiya nəticəsində anafilaktik şok keçirib. O, qısa müddət sonra ölüb.
Baxendalenin vəkili Marijo Adimey rəqqasənin ölümünə peçenyedəki fıstıqların səbəb olduğunu bildirib. Peçenyenin qida etiketində isə fıstıq olmadığı yazılıb.
Hadisədən sonra "Cookies United" tərəfindən istehsal edilən bütün peçenyelər supermarketlərdən toplanıb, istehsalçıya qarşı istintaq başladılıb.
Supermarket iddia edir ki, həmin zavod onlara peçenyelərin tərkibindəki dəyişiklik barədə məlumat verməyib. Peçenye hazırlayan şirkət bu dəyişikliklə bağlı supermarketlər şəbəkəsini aylar əvvəl xəbərdar etdiyini iddia edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun