Müğənni İzzət Bağırov bacısı oğlu ifaçı Tahir Cəbrayılovla ilk dəfə efirə çıxıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Tahir dayısı ilə qonaq olduğu "Mətbəxdə Ağa" verilişində ifaçılıq sənətindən söz açıb.
"Müğənnilik çətin sənətdir. Uşaqlıqdan həvəsim olub bu sənətə. Dayımdan görə-görə... Sağolsun, o, mənə hər zaman dəstək olub. Günü bu gün də bir yerdə verilişdəyik. O, hər zaman yanımdadır", - deyə Tahir vurğulayıb.
Diqqət çəkən məqam isə Tahirin dayısı İzzət Bağırova bənzərliyi olub. Onların bu oxşarlığı, hətta səhnə imiclərinin eyni olması sosial şəbəkə əhli tərəfindən təəccüb və maraqla qarşılanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun