60 yaşlı Hollivud ulduzu Bred Pittin illər keçdikcə daha gənc görünməsinin sirri məlum olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı plastik cərrahiyyə mütəxəssisi, həkim Conni Betterik paylaşdığı videoda izah edib.
O, Pittin 2020 və 2023-cü illərdəki görünüşünü müqayisə edərək dəyişiklikləri üzə çıxarıb. Həkim birinci fotoşəkildə qocalmanın adi əlamətləri olan dərin qırışlar, göz nahiyəsində və üzün orta hissəsində həcm itkisi, həmçinin üzün aşağı hissəsindəki sallanan dəriyə diqqət çəkib.
Mütəxəssis daha sonra aktyorun qulağındakı çapığı göstərərək onun dairəvi üzgərmə əməliyyat etdirdiyini açıqlayıb. Conninin sözlərinə görə, Bredd bunun üçün təxminın 130 min dollar xərcləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun