Xalq artistinin keçmiş xanımı biznesini ləğv edir

Xalq artistinin keçmiş xanımı biznesini ləğv edir

Rusiyanın xalq artisti, məşhur opera müğənnisi Anna Netrebko Rusiyadakı biznesini bağlayır.

Milli.Az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Netrebko fərdi sahibkar statusunun ləğvi üçün sənədləri poçtla Rusiya Federasiyası Federal Vergi Xidmətinin Sankt-Peterburq Regionlararası Müfəttişliyinə təqdim edib.

Netrebko 2021-ci ildə ifaçılıq sənəti sahəsində qeyri-kommersiya təşkilatı təsis edib. 2025-ci ildə onun vergi idarəsinə təxminən 50 min rubl borcu olduğu üzə çıxıb. Nəşrin məlumatına görə, müğənni əlavə ödənişlərdən yayınmaq üçün onu ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır. (kult.az)

Milli.Az