"Apokalipsis" filmində və "Narko: Meksika" serialında çəkilmiş meksikalı aktyor Xerardo Tarasena 55 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, Xerardo Tarasena həm Meksikada, həm də Hollivudda uğurlu rolları ilə yadda qalıb. Mel Gibsonun rejissorluğu ilə çəkilən "Apocalypto" (2006) tarixi dramında canlandırdığı "Middle Eye" obrazı ona beynəlxalq şöhrət qazandırıb.
"Netflix"in məşhur "Narcos: Mexico" serialında 1980-ci illərin Qvadalaxara kartelinin əsas simalarından biri olan narkobaron Pablo Akostanı məharətlə canlandırıb.
Tarasena sadəcə populyar serialların deyil, həm də bədii dəyəri yüksək olan filmlərin aktyoru idi. O, Meksikanın ən nüfuzlu kino mükafatı olan "Ariel" mükafatına üç fərqli filmdəki çıxışına görə namizəd göstərilib.
Tarasena son illərdə "Sound of Freedom" və "Surviving My Quinceañera" kimi layihələrdə də yer almışdı.
Lalə Qüdrətova
Milli.Az

















