Renka: "Boşandıqdan sonra 3 il rəqs etməyimi ailəmdən gizlətmişəm" - VİDEO

Renka: "Boşandıqdan sonra 3 il rəqs etməyimi ailəmdən gizlətmişəm" - VİDEO

Renka ləqəbi ilə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova həyatındakı çətinliklərdən söz açıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, "Evdəkilərə salam" verilişini yeni bağ evində qonaq edən cazibədar rəqqasə bildirib ki, həyat yoldaşından ayrıldıqdan sonra 3 il ailəsindən rəqs etməyi gizlədib.

"Mən uşaqlıqdan həm gözəllik salonunda işləməyi, həm də rəqs etməyi istəyirdim. Bilirdim ki, evdəkilər məni rəqs etməyə icazə verməyəcəklər.

Gözəllik salonunda belə işləməyə çox pis baxırdılar. Nişanlanandan sonra nişanlım başladı mənə deməyə ki, "Mənim həyat yoldaşım gözəllik salonu işçisi olmayacaq". Ondan sonra bu işdən də uzaqlaşdım. Amma mənim ən böyük arzum rəqqasə olmaq idi. Bilirdim ki, rəqs etməyimə icazə verməyəcəklər, getdim gözəllik salonunda işləməyə. Həyat yoldaşımdan boşandım və 2 il sonra rəqs etməyə başladım.

3 il mənim rəqqasə olduğumu ailəmdən kimsə bilmədi. Gizlincə rəqs edirdim. Həyat yoldaşım heç zaman işimə qarışmayıb. O zamanlar onun maddi imkanı yaxşı deyildi. Mən isə uşaqlarımı işləyib dolandırmalı idim. O da bilirdi ki, uşaqlarım əziyyət çəkməsin deyə hər şey edəcəyəm. Mən hər bir əziyyətə qatlaşmağa hazır idim ki, təki uşaqlarım yaxşı yaşasın", - deyə Renka vurğulayıb.

Qeyd edək ki, Rəna Ağamuradovanın Murad adlı bir oğlan və Namiliya adlı bir qız övladı var. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun