Rusiyalı müğənnilər Alla Puqayeva və Kristina Orbakaytenin təsis etdiyi “Mahnı teatrı” şirkəti yenidən təşkil edilib.
OLAY yazır ki, şirkət 2008-ci ildə “Alla Puqayeva Teatrı” adıyla yaradılmış, bir il sonra təsisçilər çıxmış və ad dəyişdirilmişdi.
Yenidən təşkilat prosesi 2025-ci ilin oktyabrında başlayıb, yanvarın ortasında başa çatıb. Prosesdə reklamla məşğul olan “PMI Soft” şirkəti də iştirak edib və yenidən təşkilatdan sonra ləğv olunacaq.
















