Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğla stilist Başak Dizer İngiltərəyə köçmək qərarına gəliblər.
Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 2 il əvvəl valideyn olan cütlük oğulları Kurt Efenin təhsili üçün bu qərarı veriblər.
Məlumata görə, Kurt Efenin təhsilinə önəm verən Tatlıtuğ cütlüyü oxşar addımı atan Bergüzar Korel-Halit Ergençdən ilhamlanıb. Lakin Tatlıtuğ cütlüyü İstanbulu tam tərk etmir. Cütlük tezliklə uşaq bağçasına başlayacaq Kurt Efenin təhsil həyatına Londonda başlamasını istəyir. Yəni onların işləri İstanbulda davam etsə də, ilin çox hissəsini Kurt Efe ilə Londonda keçirəcəklər.
Başak Dizer ötən həftə iş ortağı və yaxın dostu Deniz Marşanla ev almaq üçün Londona gedib. Kıvanç Tatlıtuğun baş rolunu canlandırdığı "Aile" serialı final etdikdən sonra onlar Londona gedəcəklər.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 8 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. 2022-ci il aprelin 15-də isə onların Kurt Efe adlı oğulları dünyaya gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun