Şakira keçmiş sevgilisi Pikeyə milyonlar xərcləyibmiş

Şakira keçmiş sevgilisi Pikeyə milyonlar xərcləyibmiş

Dünya şöhrətli müğənni Şakira keçmiş sevgilisi, futbolçu Jerar Pikeyə nə az, nə çox düz 120 milyon avro xərcləyibmiş.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Şakiranın vəkili Pay Molins məlumat yayıb. O əlavə edib ki, kaş Şakira Serxio Ramosa aşiq olardı, o zaman daha az xərci çıxardı. "İspanın ispandan fərqi yoxdur",- deyə o qeyd edib.

Molins bildirib ki,  əgər Kataloniyada yaşayırsansa, səni burada rahatca həbs edə bilərlər, çünki Madriddə cinayət sayılmayan bəzi şeylər burada cinayət hesab olunur. "Madridə varlı olduğuna görə vergi ödəmirsən" deyə Molins  qeyd edib.

Qeyd edək ki,  Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. 2 il sonra Milan, 4 il sonra isə Saşa adlı oğulları dünyaya gəlib. Cütlük rəsmi nikaha girməyib. 2022-ci ildə Şakira xəyanət səbəbi ilə Pikedən ayrılıb.

İndi onun İspaniyada yaşadığı müddətdə ödəmədiyi vergilərə görə məhkəmə ilə başı dərddədir. Müğənni 3 il müddətinə şərti qaydada azadlıqdan məhrum edilə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun