Tolik efirdə ağladı: "Xalamın əri məni gecə..."

Tolik efirdə ağladı: "Xalamın əri məni gecə..."

ARB televiziyasında "Söz baz" verilişinin "Özəl adam" rubrikasında bu dəfə aparıcı prodüser Tarix Əliyev qonaq olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o, valideynlərini ayrılması ilə həyatında başlayan çətin dönəmlərdən danışıb:
 
"Həmişə məhləmizdə Novruz bayramında tonqala düşürdük. Elə ki, axşam olurdu, analar uşaqları evə çağırırdı ki, atan gəldi gəl evə. Bax bu şey həmişə ürəyimdə nisgil olaraq qaldı. Kaş bu günükü pulum o zaman olaydı, heç vaxt qoymazdım anamla atam ayrılsın. Atam da anam da yaxşı pul qazanan olub. Atam qısqanc idi, anamı sevib, amma çox incidib. Anam getdi Almaniyaya, atam da ikinci dəfə ailə qurdu, mən qaldım tək. Düzdür o qadın mənə baxdı, amma anam deyildi. Atam rəhmətə gedəndə dedim ona ki,məni bağışlasın. Mən ona haqqımı halal etmişəm, yaxşı da övlad olmuşam".
 
"Anamı çox incitmişəm" deyən aparıcı, göz yaşlarını saxlaya bilməyib:
 
"Mənim valideynlərim mənə təhsil vermədilər. Mən özüm ayaq üstə durmağı bacardım. Bir dəfə xalamgildə qalmışdım, gecə mahnı oxumuşdum deyə xalamın yoldaşı məni evdən qovmuşdu. Türkandan Hövsana gecə tək gəlmişdim, qorxaraq, uşaq yaşımda. Bunlar hamısı travmadır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun