“Kurtlar vadisi”nin aktyoru infarkt keçirdi: Vəziyyəti ağırdır - FOTO

“Kurtlar vadisi”nin aktyoru infarkt keçirdi: Vəziyyəti ağırdır - FOTO

Türkiyənin məşhur "Kurtlar vadisi" serialında Cerrahpaşalı Hüseyn obrazını canlandıran Engin Duru infarkt keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölüm və xəstəlik xəbərlərinə görə "Fəlakət tellalı" ləqəbi ilə məşhurlaşan vokal sənətçisi və şou-biznes müxbiri Onur Akay məlumat verib.

Onur Akay Engin Durunun həyat mübarizəsi verdiyini bildirib.

"İnfarkt keçirən Engin Duru xəstəxanaya yerləşdirilib. 60 yaşlı oyunçumuz təəssüf ki, intubasiya olunub və həyat uğrunda mübarizə aparır. Ona tez bir zamanda şəfa diləyirəm və sizdə də dualarınızı əsirgəməməyi xahiş edirəm", - deyə o vurğulayıb.

Engin Duru 1963-cü ildə Eskişehirdə anadan olub. "Kaygısızlar" və "Karışık pizza" kimi layihələrdə rol alıb. Həmçinin son illərdə karyerasını "Kurtlar vadisi", "Türkler çıldırmış olmalı" və "Abuzer Kadayıf" filmləri ilə davam etdirib.

Milli.Az