Rüfət Nasosnu özünə yeni iş TAPDI

Rüfət Nasosnu özünə yeni iş TAPDI

Meyxanaçı Rüfət Nasosnu özünə yeni iş tapıb.

Milli.Az xəbər verir ki, o, "Kanal S"də aparıcılıq edəcək.

Söz ustası hələ aparıcı qoltuğuna oturmadan şikayətini dilə gətirib:

"Şənbə və bazar günləri 2 saat 30 dəqiqə veriliş aparıram. Biz kiçik səhvlər edirdik, amma digər insanları qınayırdıq ki, niyə belə edirlər? Hazırda görürəm ki, aparıcılıq çox çətindir. Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram. Üstəgəl canlı ifalar yoxdur, yalnız fonoqramdır. Çox çətindir, illər ərzində necə dözmüsünüzsə, heyranam".

Musa
Milli.Az