Səmraya efirdə evlilik TƏKLİF - Özündən 14 yaş kiçikdir - FOTOlar

Səmraya efirdə evlilik TƏKLİF - Özündən 14 yaş kiçikdir - FOTOlar

Canlı yayımda "Miss Azərbaycan" Səmra Hüseynova üçün gözlənilməz və maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, efirdə qonaq olan "Best Model 2025" müsabiqəsinin qalibi, 19 yaşlı Əli Həsənov Səmraya açıq şəkildə eşqini etiraf edərək evlilik təklifi ilə çıxış edib. Bu addım studiyada həm aparıcıları, həm də tamaşaçıları təəccübləndirib.

Qəfil təklif qarşısında çaşqınlıq yaşayan 33 yaşlı Səmra Hüseynova nə cavab verəcəyini bilmədiyini, hazırda birlikdə çalışdıqlarını əsas gətirərək ehtiyatlı mövqe sərgiləyib. Buna baxmayaraq, Əli Həsənov geri çəkilməyib və təklifində israrlı və iddialı olduğunu bildirib.

Canlı efirdə yaşanan bu anlar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az