Aşıq Əli dostu Samirənin xəstəliyindən danışdı

Aşıq Əli dostu Samirənin xəstəliyindən danışdı

Ötən gün yayımlanan "Maska" şousunda Aşıq Samirənin ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, özü ilə bağlı yayımlanan sujetdə məlumat verən Samirə "Ölümcül xəstəliyə qalib gəlmişəm" sözləri ilə diqqət çəkib.
 
Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışsaq da, o, zənglərə cavab verməyib.
 
Sənət dostu Aşıq Əli, Samirə xanımın səhhəti ilə bağlı sualları cavablandırıb:
 
"Bəli belə bir şey yaşamışdı. Bu illər öncə olmuş bir xəstəlik idi. Allaha şükür ki, sağalıb. Görün səhhəti necə yaxşıdır ki, "Maska" şousunda da iştirak edib. Mən tam xəbərsiz idim bundan. Düzdür biz el şənliklərində birlikdə olurduq, onun necə ifalar etdiyini mən yaxşı bilirəm. Amma bu qədərini mən belə gözləmirdim. Məxlifilik qaydalarına görə o yarışmada iştirakını məndən belə gizlədib" - Aşıq Əli bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun