Arabesk musiqisinin məşhur simalarından biri, ötən il vəfat edən mərhum Ferdi Tayfurun qızı Tuğçe Tayfur üçüncü əri Muhammet Aydından boşanmaq üçün ərizə verib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, Tuğçe Tayfur iddia edir ki, Muhammet Aydın bir neçə qadınla münasibətdə olub. İş materiallarında ərinin müxtəlif qadınlarla yazışmaları və fotoşəkilləri dəlil kimi təqdim edilib.
"Milliyet" qəzetinin iş materiallarından əldə etdiyi iddialara görə, Muhammet Aydın bir vaxtlar Tuğçe Tayfurun sahibi olduğu kafedə YD adlı bir qadınla görüşüb.
Qeyd edək ki, Tuğçe Tayfur və Muhammet Aydın 2023-cü ildə evləniblər. Cütlüyün Tuğçe Lina və Necla Hira adlı iki qızı var. Bu evlilik Tuğçe Tayfurun 3- cü evliliyidir.
Milli.Az

















