Milyonçu Hakan Sabancı ilə eşq macərası ilə gündəmdən düşməyən məşhur aktrisa Hande Erçein indi də sənətdən getməsi barədə söz-söhbət yayılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Hande Erçelin serial layihələrinin kadrlarını sosial media hesablarından silməsi sevənlərində çaşqınlıq yaradıb.
Erçel aktyorluğu tərk etməsi ilə bağlı iddiaları təkzib edərək, "Aktyorluq mənim həvəsimdir. Heç yerə getmirəm, əksinə yeni bir layihədə iştirak etmək istəyirəm" deyib.
O, təhsilini başa vurmaq üçün universitetə geri döndüyünü qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun