Türkiyəli aktrisa Demet Özdemir yeni fotosessiyası ilə diqqət mərkəzinə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Based İstanbul" jurnalı üçün kamera qarşısına keçib.
Fotosessiyada Demet son illərin dəb trendinə çevrilən ağ qaşlarla obyektivlərə poz verib. Onun bu fərqli obrazı sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəziləri görünüşü cəsarətli və modern hesab etsə də, digərləri tənqidi fikirlər səsləndirib.
Qeyd edək ki, Demet Özdemir hazırda "Eşref Rüya" serialında rol alır və ekran işi də maraqla qarşılanır.
Musa
Milli.Az






















