Nəsrinin yeni layihəsi bəlli oldu

Nəsrinin yeni layihəsi bəlli oldu

“Daha On Yeddi” serialının baş rolunda Nəsrin Cavadzadə yer alacaq.

OLAY yazır ki, Cavadzadə serialda Şebnem obrazını canlandıracaq.

Serialın rejissoru Emre Kabakuşak olacaq. Ssenari Redife Zerener və Gökhan Korkusuzun qələmindən çıxıb. Çəkilişlərin Bodrumda aparılması planlaşdırılır.

Hazırlıq mərhələsində olan layihədə Nesrin Cavadzadədən başqa baş rollar hələlik dəqiqləşməyib. Digər aktyorlar üçün danışıqlar davam edir, aktyor heyətinin yaxın günlərdə tam formalaşacağı gözlənilir.