Rus aktyora milyonluq dələduzluq

Rus aktyora milyonluq dələduzluq

Rusiyanın Xalq artisti Dmitri Pevtsov özünü bank əməkdaşları kimi təqdim edən fırıldaqçıların qurbanı olması ilə bağlı şayiələrə cavab verib.

OLAY yazır ki, sənətçi “Mən bu barədə heç nə bilmirəm”, - deyə, bildirib.

Qeyd edək ki, aktyorun bir milyon rubldan çox fırıldaqçılığa məruz qalması barədə xəbərlər ötən gün mediada yer alıb.

Bildirilib ki, fırıldaqçılar aktyorla Telegram vasitəsilə əlaqə saxlayıb, özlərini bank əməkdaşları kimi təqdim ediblər və pullarını itirməmək üçün onun etibarlı bank hesabına köçürməli olduğunu bildiriblər. Pevtsovun pulu köçürdüyü iddia edilir.