“Soruşur ki, "Məni nə üçün öpürsünüz?"

“Soruşur ki, "Məni nə üçün öpürsünüz?"

Xalq artisti Ofeliya Sənani hərbçilərə olan sevgisindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində əsgərlərlə bağlı duyğulu xatirələrini bölüşüb. O, yolda rastlaşdığı əsgərlərə münasibətindən, onlarla fəxr etdiyini necə ifadə etdiyindən söz açıb:

"Yolda əsgər görəndə qaçıram onun arxasınca, qolunu qucaqlayıram. Onlarla fəxr edirəm, hərbi geyimdən xoşum gəlir. Formasından öpürəm. Əsgər isə diksinir və çevrilib baxır, deyir ki, "Siz Ofeliya xanım deyilsiniz?". Cavab verirəm ki, bəli Ofeliyayam. Soruşur ki, "Məni nə üçün öpürsünüz?". Deyirəm yəqin ki, ananla görüşə gedirsən. Ona görə səni öpür, bağrıma basıram. Cibinə də pul qoyuram, ananın yanına əli boş getmə". (Axşam.az)

Milli.Az