Əməkdar artist Aqşin Abdullayev İdrak liseyində baş verən hadisə ilə bağlı danışarkən güldüyü üçün tənqid olunub.
OLAY-ın məlumatına görə, sənətçi məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin anda övladı yanında olduğü üçün təbəssüm edib:
“Gülürəm. Çünki yanımda azyaşlı oğlum dayanıb və qorxur. Jurnalistlər üstümə gəlir... Uşağa gülürəm ki, narahat olma”.
Qeyd edək ki, sözügedən liseydə 10-cu sinif şagirdi müəlliməni güllələyib. A. Abdullayevin də oğlu həmin məktəbdə təhsil alır.
















