Xalq artisti EMIN-in yeni “Жизнь игра” adlı mahnısı elektron musiqi platformalarında təqdim olunub.
OLAY yazır ki, “Жизнь игра” kompozisiyasının özünəməxsus hekayəsi var — bu, sənətçinin dostu Brendon Ston tərəfindən EMIN-ə hədiyyə edilib. Treki ilk dinləyən andan diqqətini cəlb etdiyini bildirən EMIN, studiyada mahnı üzərində işləməyə başlayaraq mətni öz dünyagörüşünə və şəxsi həyat təcrübəsinə uyğun şəkildə yenidən hiss edib.
EMIN-in 2026-cı il turuna da mahnının adını verib və çıxış edəcəyi bütün konsertlərdə səsləndirəcəyini bildirib.
“Hər misra həyatın mürəkkəbliyini və həyəcanını, eniş və yoxuş anlarını əks etdirir. Bu anlar isə insan üçün yeni yollar açır”, — deyə EMIN-in rəsmi saytında yeni trekə həsr olunmuş xəbərdə qeyd olunur.
“Жизнь игра” treki elektron musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
















