Rusiyaya 50 il girə bilməyəcək

Rusiyaya 50 il girə bilməyəcək

Qazaxıstanlı və rusiyalı komediyaçı, yumorist və kinoaktyor Nurlan Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.

OLAY yazır ki, bu barədə RIA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, qərar Rusiya Federasiyasının milli təhlükəsizliyi maraqları əsasında qəbul edilib.

Məlumatda qeyd olunur ki, Rusiyada 60 milyon rubldan (təxminən 1,3 milyon manat) artıq dəyərində əmlaka sahib olan N. Saburov, RF-də qazandığı vəsaitləri vasitəçilər vasitəsilə leqallaşdırmağa cəhd göstərib.

Rusiyanın Baza adlı Telegram kanalı isə xəbər verir ki, qadağa 30 yanvar tarixindən qüvvəyə minib. Kanal vurğulayır ki, bu qərar Xüsusi Hərbi Əməliyyatın tənqidi, eləcə də miqrasiya və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar qəbul edilib.

Xatırladaq ki, Nurlan Saburov stend-ap janrındakı çıxışları ilə geniş tanınıb və “Что было дальше?” verilişinin aparıcısıdır.