Müğənni Ülviyyə Namazova "Evli bir insan sevirəm" adlı mahnısı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi "Tarixin bir günü" adlı canlı efirdə müğənni Yağmurun onun mahnısı ilə bağlı iradlarına cavab verib. Ülviyyə Namazova bildirib ki, məsələ ilə bağlı Rəqsanə İsmayılovanın özü ilə danışıb və Yağmurun tənqidlərinə ciddi yanaşmayıb:
"'Evli insan sevirəm' mahnıma tənqid yazılıb. Bu barədə Rəqsanə xanımın özü ilə danışdıq. Yağmur uşaqdır, anası ilə də danışdım. Ona görə cavab vermədim".
Müğənni qeyd edib ki, sözügedən mahnı yalnız onun ifasında səslənməyib və mövzu dünya musiqisində də geniş yayılıb:
"Bu cür mahnıları tək mən oxumamışam. Türkiyəli ifaçılar da səsləndirib. Röya, Sevil, Sevinc - hamı oxuyub və mənim çox da sevilib".
Ülviyyə Namazova əlavə edib ki, mahnı bir neçə il əvvəl trendə çevrilərək ön sıralarda yer alıb. Onun sözlərinə görə, Rəqsanə İsmayılova da Yağmurla danışaraq bu cür açıqlamalara yol verməməsini tövsiyə edəcəyini bildirib.
Sözügedən açıqlamalar efirdə və sosial mediada geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















