Meryem Üzerli Dubaydakı Dünya Hökumətlər Zirvəsinə dəvət edilən yeganə türk aktyor oldu
OLAY yazır ki, dünyaca məşhur türkiyəli aktrisa Meryem Üzerli bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Zirvəsi (World Governments Summit)-yə dəvət olunan yeganə türk sənətçi və çıxışçı olaraq iştirak edib.
Zirvə çərçivəsində Meryem Üzerli iki fərqli sessiyada çıxış edib və fikir liderləri, yaradıcı sənaye nümayəndələri ilə fikir mübadiləsi aparıb. O, nitqlərində sənətin və fərdi səslərin qlobal dəyişikliklərdə oynadığı rolu vurğulayaraq iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə hər il keçirilən bu prestijli platforma dünya dövlət başçılarını, beynəlxalq ekspertləri və liderləri bir araya gətirir. Zirvə əsasən gələcək hökumətçilik, innovasiya və qlobal əməkdaşlıq mövzularını müzakirə edir.
Meryem Üzerli bu uğuru ilə təkcə aktyor kimi deyil, eyni zamanda qlobal müzakirələrdə ilham verən və nüfuzlu bir səs olaraq da tanınıb.






















