Başqalarına və özümüzə qarşı mehriban olaq. Sərhədlərə hörmət edin və başqasını öz xəyal gücünüzün çərçivəsinə salmayın, onların necə olmaları barədə düşünməyin. Sosial media insanların bir-birini mühakimə etdiyi, şərhlər və birbaşa mesajlar səbəbindən motivasiyanı öldürə biləcəyi zəhərli bir məkan ola, eyni zamanda yaradıcılığı, həyatı, sevdiyiniz və pərəstiş etdiyiniz şeyi dostlarınız və ictimaiyyətlə bölüşmək üçün bir məkan ola bilər. Mən ikincisini seçirəm, baxmayaraq ki, çox vaxt insanlar üzündən buranın toksik(zəhərli-PS olduğunu da hiss edirəm.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı musiqiçi Suada Hacızadə deyib. Ailə qurduqdan sonra Amerikaya köçən musiqiçi "Realist və sadə: Mənimlə hazırlanın" başlığı ilə makiyaj görüntülərini paylaşıb. O, həm də Amerikaya köçdükdən sonra qarşılaşdığı çətinlikləri izləyicilərinə danışıb.
"Özümüzə sadiq qalmaq - bu, ən önəmlisidir. Və bu videonu sizinlə paylaşmaq istədim, çünki mən hissləri olan bir insanam, nə qədər istedadlı, vizion və ehtirasın olmağından asılı olmayaraq, fikirlərimin tükəndiyini, xaos və içəridə ilişib qaldığımı hiss etdim, hansısa səbəblərdən sevdiyin şeyləri etməməyi seçirsən ki, bu da mənim üçün gülüncdür. Odur ki, bunu dəyişməyə çalışıram. Çox minnətdaram ki, ən yaxın adamlarım məni dəstəkləyir və irəli getməyə təşviq edirlər. Keçən il mən həyatımın ən böyük dəyişikliyini yaşadım və düşünürəm ki, hələ də bunun şokunu yaşayıram. Ailənizdən və dostlarınızdan, adi həyatınızdan, sevdiyiniz yerlərdən uzaq olmaq sizi dolaşığa sala bilər, lakin bu, normaldır. Biz bunu da keçəcəyik", - Suada qeyd edib.
Qeyd edək ki, Suada Hacızadə dünya şöhrətli aktyor Jan-Klod Van Damın oğlu Kristofer Van Damla evlidir. Həmçinin uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsert proqramlarında çıxış edib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun