"Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verəməmişəm ki, mahnıma oynayın. İndi hindsayağı mahnılar oxunur".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Zaurla Günaydın" proqramında deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin "Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm" sualına belə cavab verib:
"Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad o illərdən məndən gəlib. İlk Zaur mən olmuşam. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddini çəkib? Yəqin başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adı filmə çəkib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun