“Onu nəzərdə tutmamışam” - Zaur iddiasına cavab

“Onu nəzərdə tutmamışam” - Zaur iddiasına cavab

Xalq artisti Zaur Rzayevin adı ilə bağlı açıqlaması maraqla qarşılanıb.

O bildirib ki, ölkədəki ən yaşlı Zaur odur. Hətta Yazıçı Anar Rzayev də əsərində onu nəzərdə tutub, filmə də onu çəkmək istəyib, lakin başı qarışıq olduğu üçün alınmayıb.

Milli.Az olay-a istinadən bildirir ki, məsələni aydınlaşdırmaq üçün Anarın özü ilə əlaqə saxlayıb. Çox danışmaq istəməyən yazar qısaca məsələyə şərh bildirib: "Onu nəzərdə tutmamışam".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun