"Verilişə tamaşaçıların istəyinə uyğun olaraq qonaqlar dəvət olunur. Bura gələn qonaqlar mənim zövqüm deyillər. Ola bilməz axı hamısı mənə uyğun olsun".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Nanə Ağamalıyeva aparıcılığını etdiyi proqramda deyib.
O, zəmanənin tələbi ilə ayaqlaşdığını bildirib:
"Amma təbii ki, gözəl musiqini təbliğ etmək radio və televiziyanın ilk işidir. Bu istiqamətdə əlimizdən gələni kollektiv olaraq edirik. Bugünkü tamaşaçının baxmaq istədiyi verilişlər, qonaqlar var. Tamamilə bambaşqa bir dövr yaşayırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun