9 il sonra barışdılar!

9 il sonra barışdılar!

“Avroviziya” qalibimiz Nigar Camal və tanınmış stilist Elnur Həsənov küsülülüyə son qoyub.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilərin görüşü Xalq artisti Röya Ayxanın evində baş tutub.

Qonaqlıqda bir araya gələn stilistlə müğənni aradakı buzları əridib və barışıblar.

Qeyd edək ki, Elnurla Nigar arasında türk aktrisa Neslihan Atagül Bakıya gəldiyi vaxt anlaşılmazlıq olmuşdu.