"Ad gününə buraxılmadım, əlimdə hədiyyə qapıda qaldım"

"Ad gününə buraxılmadım, əlimdə hədiyyə qapıda qaldım"

"Başqa bir kanalda ("Space TV" nəzərdə tutur - red.) İlhamə Quliyevaya ad günü edirdilər. Məni həmin verilişə buraxmadılar. Əlimdə hədiyyə qapıda qaldım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Rəngarəng səhər" proqramında deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirəsindən danışıb. Xatun bildirib ki, müğənni onu ad gününə dəvət etsə də, kanal proqrama buraxmayıb:

"Qonaqların siyahısını özü əvvəlcədən hazırlayırdı. Məni də özü çağırmışdı. Təsəvvür edin, İlhamə Quliyevanın tədbirinə gəlmişəm, əlimdə də hədiyyə və məni içəri buraxmadılar, qadağa qoydular. İlhamə xanımın həmin tədbirində olan bir şəxs gəlib deyib ki, Xatunu bura buraxmayın. Bax, belə hadisələr yaşamışam. Aparıcı Lamiyə Ələkbərova zəng vurub dedi ki, qayıt gəl, heç yerə də zəng etmə. Psixoloji pis oldum".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun