"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ciddi xəstəliyim var"

"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ciddi xəstəliyim var"

Aktyor Hikmət Rəhimov "Qapqara" layihəsində qonaq olub.

Milli.Az xəbər verir ki, aktyor "Səkkiz" serialında canlandırmalı olduğu obraza görə oğlu Fuadın ondan qorxduğunu açıqlayıb:

"Səkkiz"dəki baş qəhrəmana görə bir çox qrimyorlarla görüşdüm. Başa düşdüm ki, bizdə bunu edə biləcək, təcrübəsi olan qrimyor, ümumiyyətlə material yoxdur. Saçımı, qaşımı kəsməyə və 4 dişimi çıxartmağa məcbur qaldım. Bu, 44 gün davam etdi.

Evə gec saatlarda gəlirdim ki, övladlarım məni görməsin. Oğlum Fuad məni görəndə qorxub ağlamışdı. Elə başa düşürdü ki, mənim nəsə ciddi xəstəliyim var. Anasına sual verirdi ki, mən əvvəlki vəziyyətimə qayıdacağam? Bu, mənim özümü də narahat edirdi. Həm rejissorluq edib, həm də psixoloji problemi olan qatili canlandırmaq çətin idi. Bütün saç və tükləri qırxmağımız morqda baş verdi. Çəkilişlərə fasilə verib bir neçə saat ərzində məni təmizləməyə başladılar. Orada güzgüyə baxanda hiss etdim ki, Vaqif İbrahimoğluna oxşadım". (Axşam.az)

Milli.Az