Son aylar çənə dolgusu və üzünə etdiyi bir neçə kiçik plastik əməliyyatla tənqidlərə məruz qalan aktrisa Dilan Çiçək Dəniz susqunluğunu pozub.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, aktrisa qatıldığı efirlərin birində plastik əməliyyat etdirdiyindən peşman olduğunu deyib:
"Sınamaq istədiyim üçün belə bir addım atdım. Ancaq bu mənim üçün inanılmaz dərəcədə çətin bir proses oldu. 2023-cü il hətta həyatımın ən çətin illərindən biri oldu. Əslində heç düşünmədən bu işə başladım. Təzəlikcə çiyin əməliyyatı keçirdiyim üçün, bədənim estetik əməliyyata inanılmaz reaksiya verdi".
Aktrisanın fotolarını təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun