Mübariz Tağıyevin nəvələri ilk dəfə efirdə - FOTOlar

Mübariz Tağıyevin nəvələri ilk dəfə efirdə - FOTOlar

Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 76 yaşına qədəm qoyan sənətkarı 3 nəvəsi "Qonaqcanlı" verilişinin canlı efirinə gələrək, təbrik ediblər. 

M.Tağıyev bildirib ki, 2 oğlan və 1 qız nəvəsi arasında onun adını daşıyan uşaq yoxdur.

Müğənni bildirib ki, o gələcəkdə doğulacaq oğlan nəvəsinə öz adını verəcək. 
Qeyd edək ki, Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən 2 qızı var. M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun