Müğənni Nurlan Əzizbəylinin oğlu Mehranın səhhətində problem yaranıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Hazırda hərbi xidmətdə olan övladının fotosunu izləyiciləri ilə bölüşən Nurlan bu sözləri yazıb:
"Əzizlərim, çox pisəm. Oğlum bərk xəstədir. Dualarınıza və dəstəyinizə çox ehtiyacım var".
Qeyd edək ki, N.Əzizbəylinin oğlu Mehran ötən ilin son aylarında hərbi xidmətə yollanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun