"İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti..."

"İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti..."

Opera ifaçısı Ülvi Qılıncın sərt və açıq açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, sənətçi xüsusilə mərhum sənət adamlarının adlarının tez-tez müzakirə obyektinə çevrilməsini tənqid edib.

Ülvi Qılınc bildirib ki, bu gün bəzi şəxslər sağlığında yanından keçə bilmədikləri insanları vəfat etdikdən sonra rahatlıqla müzakirə edir, hətta ittiham hədəfinə çevirirlər:

"Ölənlərin arxasınca danışmaq trend olub. Sağlığında yanından yel olub keçə bilməzdin".

Sənətçi açıqlamasında Xalq artisti İlhamə Quliyevanın adını çəkərək, bəzi sənət nümayəndələrinin keçmişini unutduğunu vurğulayıb:

"Zamanında İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti indi elə danışır, elə davranır ki, sanki İlhamə xanım onun qablarını yuyub".

Müğənni qeyd edib ki, məqsədi kiminsə keçmişini üzünə vurmaq deyil, lakin insanların haradan gəldiklərini unutmaması vacibdir:

"Keçmişlərini başına vurmaq istəmirəm. İnsan keçmişini unutmamalıdır. Keçmişini unudan gələcəyini "topa qoyar"".

Opera ifaçısının bu fikirləri sənət cameəsində və sosial mediada geniş müzakirələrə səbəb olub. 

Hüseyn
Milli.Az