Afət Fərmanqızı həyat yoldaşı Məmmədlə tanışlıq hekayəsini ilk dəfə açıqlayıb.
Milli.Az xəbər verir ki, müğənninin səmimi etirafları ictimaiyyətdə maraq və müzakirələrə səbəb olub.
Afət Fərmanqızı bildirib ki, Məmmədin restoranı var və onlar ilk dəfə bir toy dəvəti ilə əlaqə saxlayarkən tanış olublar. Həmin vaxt başqa məclisi olduğu üçün toya gedə bilməyəcəyini deyən müğənni toy tarixinin dəyişdirilməsini xahiş edib. Onun sözlərinə görə, qarşı tərəfin bu məsələdə asanlıqla razılaşması onda şübhə yaradıb və arada başqa bir marağın olduğunu hiss edib. Buna görə də şəxsiyyət vəsiqəsini göndərməsini istəyib ki, ailəli olub-olmadığını dəqiqləşdirsin.
Afət Fərmanqızı qeyd edib ki, Məmməd onu uzun müddət efirlərdən izləyirmiş və onun "heç vaxt evlənmərəm" sözlərini də eşidibmiş. Toya gedən zaman isə Məmməd hisslərini etiraf edib. Müğənni Rusiyada keçirilən toyların birində Məmmədin imkanlarını daha yaxından gördüyünü, bahalı avtomobilləri və biznesi olduğunu deyib. Onun sözlərinə görə, həyat yoldaşı hər zaman "lazım olsa, evdə otur, mən baxım" desə də, o, özü qazanmağı seçib.
Afət Fərmanqızı vurğulayıb ki, işləmədən, pul qazanmadan yaşaya bilməz və pulu çox sevir. Onun fikrincə, pul qazanmaq onu xoşbəxt edir. Müğənni Rusiyada qatıldığı toyların birində qazancının ən azı 5 min manat olduğunu, Azərbaycanda isə şabaşın daha çox olduğunu bildirib. O deyib ki, məclisdən bir çanta pulla çıxır və bunu gizlətmir.
Müğənni əlavə edib ki, "qalikin"i də öz qazancı ilə alır və toy sahiblərinə bahalı avtomobillə gələn sənətçinin ziyanı olmadığını deyir. Onun arzusu Rusiyada toy bazarında da daha aktiv olmaq, həftədə bir dəfə ora gedib-gəlmək yox. Afət Fərmanqızı bu prosesi "bir güllə ilə iki dovşan vurmaq" kimi dəyərləndirib - həm Məmməd kimi bir həyat yoldaşı qazandığını, həm də Rusiyada toyların "kraliçası"na çevrildiyini deyib.
O, rus dilini də bu dövrdə daha yaxşı öyrəndiyini, əvvəldən bazasının olduğunu və savadlı biri kimi inkişaf etdiyini qeyd edib. Afət Fərmanqızı etiraf edib ki, həyat yoldaşı ilə aralarında incikliklər olsa da, barışmağı bacarıblar və zaman keçdikcə bu kişi olmadan yaşaya bilməyəcəyini anlayıb.
Müğənninin sözlərinə görə, yaş artdıqca qadın ailə qurmalıdır, çünki 60-70 yaşda bu, gec ola bilər. O, illərlə bayramlarda tək qaldığını, indi isə arxasında başqasının yox, öz ərinin olduğunu bildiyini deyib. Afət Fərmanqızının bu səmimi açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Musa
Milli.Az
















