Əfsanəvi "Broadway" aktrisası Çita Rivera vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun agenti məlumat yayıb.
91 yaşlı aktrisanın xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Rivera 1957-ci ildə "West side story" musiqili filmindəki Anita roluna görə populyarlıq qazanıb. O, 2009-cu ildə ABŞ-ın ən nüfuzlu mükafatlarından birini - Prezident Azadlıq medalını aldı. Onu aktrisaya Barak Obama hədiyyə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun