Müğənni Qumral "Tarixin bir günü" verilişinin canlı efirində səsləndirdiyi açıqlamalarla diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçinin şəxsi həyatı və yaşadığı vəziyyətlərlə bağlı dedikləri geniş müzakirələrə səbəb olub.
Qumral bildirib ki, bəzən ən adi davranışlar belə yanlış yozulur. Onun sözlərinə görə, kimsə ilə süfrə arxasında çay içmək belə başqa mənalara çəkilir. Müğənni deyib ki, son vaxtlar başına gələn bəzi hadisələr olub, lakin bunları nə indiyə qədər danışıb, nə də bundan sonra danışmaq niyyətində deyil.
İfaçı qeyd edib ki, kimisə alçaltmaq onun xarakterinə uyğun deyil. Qumralın sözlərinə görə, bəzən insanlar onu evlərinə dəvət edir, süfrə açdıqlarını qabardaraq sonradan bunu fərqli formada təqdim edirlər. O, isə buna sərt münasibət bildirib və vurğulayıb ki, heç kimin evinə acından ölüb getməyib.
Müğənni əlavə edib ki, onu tez-tez restoran və məkanlara dəvət edirlər və istəsə, istənilən yerdə qonaq ola bilər. Qumral deyib ki, bəzi şəxslər onun şan-şöhrətindən istifadə etməyə çalışır, daha sonra isə vəziyyəti başqa cür təqdim edirlər.
Açıqlamasının sonunda ifaçı ciddi bir xanım olduğunu bildirib, şou ilə şəxsi ruh halını ayırdığını vurğulayıb. Onun sözlərinə görə, ruhu musiqi ilə qidalanır.
Qumralın bu fikirləri sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
Musa
Milli.Az
















