Müğənni Emrah sosial mediada övladları Elyesa və Eleysa haqqında yazılan təhqiramiz şərhlərə sərt reaksiya verib.
Milli.Az xəbər verir ki, sənətçi bildirib ki, uşaqlarına qarşı edilən hücumlar artıq səbrini tükədib və məsələ ilə bağlı məhkəmə prosesi başladılacaq.
"Instagram" hesabında açıqlama verən Emrah "Uşaqlarım mənim qırmızı xəttimdir" deyərək onların qorunmasının onun üçün hər şeydən üstün olduğunu vurğulayıb.
Şəxsi həyatını daim gözdən uzaq tutmağa çalışan müğənni övladlarına yönələn bu cür hücumlara səssiz qalmayacağını bildirib.
Milli.Az

















