Müğənni Nəfəs səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi gələcək planları və ailə həyatı ilə bağlı etiraflar edib.
"2026-cı ildə ana ola bilərəm" - deyə gülərək danışan Nəfəs uşaqları çox sevdiyini bildirib.
O, böyüklərdən üzr istəyərək üçüncü övladının olmasını çox istədiyini qeyd edib:
"Bu, mənim daxili hisslərimdir və onları bölüşürəm. Qız anası olmaq istəyirəm. İki oğlum var. Hər bir anaya qız övladı lazımdır. Ağlayanda başımı çiyninə qoya biləcəyim, qocalanda əlimdən tutacaq bir qızımın olmasını istəyirəm".
Müğənni bildirib ki, qız övladı anaya daha yaxın olur və özü də anasına bu cür övlad olub:
"Oğul böyüyəndə başqa ananın qızına sahib çıxacaq. Amma qız övladı anaya daha bağlı olur. Bilmirəm nə qədər yaşayaram, amma qızımın yanımda olmasını istərdim".
Nəfəs yenidən ailə qurmaq istədiyini də gizlətməyib. Lakin onun sözlərinə görə, övladlarına görə bu məsələ hazırda çətin görünür:
"Yenidən ailə qurmaq istəyirəm, amma övladlarım səbəbindən bu mövzular mənim üçün asan deyil".
Müğənninin bu səmimi açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















