Aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında çıxışı ilə marağa səbəb olub.
OLAY yazır ki, o, fədakarlıq barədə fikirləri ilə diqqət çəkib:
“Qardaş, doğma balan, ata-anan, yoldaş deyəndə ki, sən mənə neyləmisən? Hər kəsə hər şey etmisən, amma günlərin bir günü baxırsan ki, özünə heç nə etməmisən. Halbuki insan onunla öyünür ki, Allah sənin etdiklərini görür. Ata evində olanda ata, ana, qardaş üçün, öz ailən olanda yoldaş üçün, yoldaşın ailəsi üçün etmisən, ancaq insan bir gün ayılır ki, mən özüm üçün bir gün ağlamamışam. Halbuki kənardan başqa görünə bilər. İnsan çox düşünür, nəinki evliliyin, ümumiyyətlə, evdəkilərlə olmağın müsbət və mənfi tərəflərini düşünür.
Bəzən olur, övlad da deyir, elə vaxt olur ki biz valideynə deyirik sən neyləmisən mənə? Xüsusən yeniyetməlik dövründə olur, sonra insan ağıllanır.
Evliliyin ən çətin tərəfi isə narsist biri ilə yaşamaqdır. Bəzən mən deyəndə düşünürlər ki, mən öz ailəmi nəzərdə tuturam, xeyr. Son illər müşahidə edirəm, insan el üçün o qədər fədakardır, hər kəs deyir, nə yaxşı oğlandır bu? Yeyib-içəndir, hər kəs dara düşəndə gələndir, İlahi, bunun başına and içirlər. Amma evin içində canavara dönür, övladlarını, həyat yoldaşını təhqir edir. Özünü hər yerdə elə huri-mələk kimi tanıdır ki, kiməsə desən, bu, belə insandır, deyəcək ki, sənin başın xarabdır, sən nə danışırsan? Ola bilməz!
Bəzən deyirlər nişanlayaq, 2 ay sonra evlənsinlər, çox nişanlı qalmasınlar. Çox təəssüf bəzən insanın həyatı, bəxti elə gətirir. Əgər siz həddi-buluğa çatmısınızsa, heç kim, heç vaxt sizi zorla evləndirə bilməz. Bir insan ki öz ailəsinin sirrini, həyat yoldaşı ilə nə danışır, hansı planları, hansı addımı var onu orada-burada müzakirə edirsə, o insandan ailəyə heç vaxt xeyir gəlməz. Ən çətin tərəfi məhz budur”.

















