"Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..." - FOTO

"Zeynəb Xanlarovayla görüşmək istəyəndə dedi ki..." - FOTO

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı xatirəsini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, birlikdə fotolarını paylaşan ifaçı Xanlarova ilə məclislərin birində qarşılaşmalarından söz açıb:

"Heç vaxt unutmadığım xoş bir xatirəni sizinlə bölüşmək istədim: Çox möhtəşəm bir konsert proqramına dəvət almışdım. Mötəbər qonaqlar var idi. Zeynəb xanım da orada idi. Digər müğənnilər, Xalq artistləri də oxumaq üçün dəvət almışdılar. Müşayiət etmək üçün musiqiçilər də yer almışdı səhnədə. Amma heç kim canlı oxumurdu. Hərə iki mahnı oxumalı idi. Mən də əlbəttə ki, Zeynəb xanımın repertuarından iki mahnımı - "El mənimdir" və "Bülbülüm"ü verdim ki, hamı kimi "cansız" oxuyum. Nə isə, sıra mənə çatdı, iki mahnını oxudum. Birdən prodüserim yaxınlaşıb dedi ki, Zeynəb xanım deyir yenə oxusun. Mən də sevinc və həyəcanla başladım Zeynəb xanımın digər mahnılarından canlı-canlı oxumağa. Həm də özünün yolu ilə. Zeynəb xanım isə təbəssümlə alqışlayırdı. Həmin an elə bilirdim ki, dünyanın xoşbəxti mənəm dünyada.

Sonda yaxınlaşıb görüşmək, sevgimi bildirmək istədim. Mənim yaxınlaşmağımı görən kimi dedi ki, mən bu qızı çox istəyirəm də. Öldüm də... Ta məndən adam olar? Nitqim tutuldu, heç nə deyə bilmədim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun