Yeni layihəsi maraqla gözlənilən Serenay Sarıkaya 2026-cı ildə reklam kampaniyalarından əlavə filmə çəkiləcəyini açıqlamışdı.
OLAY yazır ki, baş rolunda çəkildiyi “Kimler Geldi Kimler Geçti” serialının 3-cü mövsümü də bu il “Netflix” platformasında yayımlanacaq olan aktrisanın “çox həyəcanlıyam” dediyi yeni filmi ilə bağlı ilk detallar məlum olub.
Serenay Sarıkayanın baş rolunu canlandıracağı festival filmin rejissoru “Ölü Mevsim” filmi ilə tanınan Doğuş Algün olacaq. Məlumata görə, Sarıkaya və Algün ötən il Adana Altın Koza Film Festivalında, hər ikisinin jüri üzvü olduğu dövrdə tanış olublar.
Altın Koza’da “Ölü Mevsim” filmi ilə bir çox mükafata layiq görülən Doğuş Algünün Serenay Sarıkaya ilə birlikdə çalışacağı filmin adı “Sevdiyim İnsanlar”dır. Hadisələri bir qəsəbədə cərəyan edən film çəkilişlər tamamlandıqdan sonra festivallara göndəriləcək.
















