Nəriman Axundzadə ABŞ klubuna transfer olundu - Rəsmi

Nəriman Axundzadə ABŞ klubuna transfer olundu - Rəsmi

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubuna keçib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.