“Arzularıma xəyanət etməmişəm“

“Arzularıma xəyanət etməmişəm“

Müğənni Günay İbrahimli 35 yaşına qədəm qoyur.

OLAY yazır ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib:

“Balaca olanda elə bilirdim ki, böyük adamlar böyük olurlar. Qorxmurlar, üşümürlər, qayğısız olurlar. Uzaq baxırdım o yaşlara. 35 yaşlı adam mənim təsəvvürümdə böyük adam idi. Böyüyəndə olmaq istədiyim adam idi. Deyir, həyatda ən böyük xəyanət uşaqlıq arzularına xəyanətdir. Bayaq baxdığımız videonu izləyəndə anladım ki, mən uşaqlıq arzularıma xəyanət etməmişəm. Başa düşdüm ki, böyümüşəm. Xoş gəldin, 35! Sən gəldiyin üçün yox, mən səni uşaqlığımdakı o saflıqla qarşılaya bildiyim üçün xoşbəxtəm“.